Təxribat nəticədində şəhid olanlardan biri Ağstafadandır - FOTO

Təxribat nəticədində şəhid olanlardan biri Ağstafadandır  - FOTO
  11 Aprel 2023    Oxunub:2100
Düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri Ağstafa rayonundandır.
"Report"un Qərb bürosunun məlumatına görə, Laçın istiqamətində düşmənin təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri, Ağstafa rayon Xətai kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Elşad Qabil oğludur. O, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu olub.

Qeyd edək ki, E.Həsənov bir neçə ay öncə ailə həyatı qurub.

AzVision.az



Teqlər: Şəhid  



Xəbər lenti