Həkimlərin əmək haqqı 3 dəfə artacaq

Həkimlərin əmək haqqı 3 dəfə artacaq
  24 May 2014    Oxunub:1517
Gələn ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, Milli Məclisdə qanun qəbul edilməsinə baxmayaraq, müəyyən maliyyə məsələləri ilə bağlı icbari tibbi sığortanın tətbiqində gecikmə olub.
- Hazırda Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün proqram işlənilir. Gələn ildən bu işin icrasına başlanıldıqdan sonra həkimlərin əmək haqlarının 3-dəfədən artıq yüksəldilməsinin şahidi olacağıq,- deyən deputat vurğulayıb ki, icbari tibbi sığortanın tətbiqi nəticəsində ölkədə tibb işçilərinin əmək haqları fərqli olacaq: “Burada hər bir tibb işçisinin gördüyü işə və ən əsası həkimin xəstələrə göstərdiyi xidmətə görə əmək haqqı dəyişəcək. Həkimin göstərdiyi xidmətə görə, tibbi sığortadan ona əmək haqqı faizi gələcək. Hesab edirəm ki, işinin peşəsindən layiqincə gələn həkimin əmək haqqı 3 dəfə və bəlkə, bundan da çox artacaq” (AzNews.az)


Teqlər:





Xəbər lenti