16 qurum 36,7 milyonu səmərəsiz xərcləyib

    16 qurum 36,7 milyonu səmərəsiz xərcləyib
  12 Aprel 2023    Oxunub:947
Hesablama Palatası tərəfindən başa çatdırılmış uyğunluq auditlərinin əhatə etdiyi 16 qurum üzrə 36,7 milyon manat məbləğində səmərəsiz xərclərə yol verildiyi müəyyən edilib.
Bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb. Qeyd edilib ki, 36,7 milyon manatın 1,3 milyon manatı audit dövrünün əvvəlində alınsa da, tətbiq edilməyən proqram təminatına, 8,3 milyon manatı avans ödənişləri aparılmış müqavilələrin dayandırılmasına, 2,7 milyon manatı COVID-19 və digər səbəblərdən keçirilməyən tədbirlərə xərclər, 12,0 milyon manatı bağlanılmış müqavilədə qurum üçün əlverişsiz şərtlərin nəzərdə tutulmasına, 9,9 milyon manatı audit dövrünün əvvəlində alınsa da, istifadə edilməyən avadanlıq və ya mallara, 0,6 milyon manatı ehtiyac olmadan iş həcminin artırılmasına, 1,4 milyon manatı fəaliyyətsiz olan əsas vəsaitə çəkilən xərclərə, 0,5 milyon manatı isə digər səmərəsiz istifadə hallarına xərclənib.

AzVision.az


Teqlər:



Xəbər lenti