Rusiya artilleriyası Ermənistanda təlimlərə başladı

   Rusiya artilleriyası Ermənistanda təlimlərə başladı
  12 Aprel 2023    Oxunub:1390
Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının artilleriya bölmələri təlim keçiriblər.
AzVision.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, hərbçilər Alagöz yüksək dağlıq poliqonunda şərti düşmən hədəflərini vurub.

"Artilleriyaçılar naviqasiya avadanlığı, ballistik stansiya, girokompas və müasir rabitə vasitələri üzərində işləmək 1-15 km-lik məsafələrdə tək və qrup hədəfləri məhv ediblər”, - məlumatda deyilir.

Həmçinin qeyd edilir ki, Cənub Hərbi Dairəsinin aviasiyasının ekipajları motoatıcı bölmələrə atəş dəstəyi həyata keçirib. Təlim uçuşlarında uçuş və mühəndis-texniki heyətinin 120-dən çox hərbi qulluqçusu iştirak edib, 20-yə yaxın hərbi və xüsusi texnika, o cümlədən Mi-8MTV-5 və Ka-52 helikopterləri cəlb olunub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Təlim  





Xəbər lenti