Şəhid Səbuhi Tağıyevin cənazəsi Naxçıvana aparılıb

   Şəhid Səbuhi Tağıyevin cənazəsi Naxçıvana aparılıb
  12 Aprel 2023    Oxunub:1456
Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Səbuhi Gündüz oğlunun nəşi Naxçıvan Muxtar Respublikasına yola salınıb.
AzVision.az xəbər verir ki, onun nəşi bu gün ailəsinə təhvil veriləcək. Şəhidin cənazəsi Şahbuz rayonu Badamlı qəsəbəsində dəfn olunacaq.

Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

AzVision.az


Teqlər:



Xəbər lenti