Daşnak deputat cinayət məsuliyyətinə cəlb olunacaq

   Daşnak deputat cinayət məsuliyyətinə cəlb olunacaq
  12 Aprel 2023    Oxunub:1470
Erməni deputat Mher Saakyana qarşı cinayət işi başlanacaq.
AzVision.az xəbər verir ki, bununla bağlı müvafiq qərar parlamentin çərşənbə günü keçirilən iclasında qəbul edilib.

Baş prokurorun parlamentə təqdim etdiyi vəsatətin lehinə 65 səs verib və qərar yekdilliklə (daha 32 deputat səsvermədə iştirak etməyib) qəbul edilib.

Ermənistan parlamentində dava -Paşinyanın deputatını döydülər
Xatırladaq ki, martın 31-də Ermənistan parlamentinin Dövlət və hüquq məsələləri daimi Komitəsinin qapalı iclasında dava düşüb.

Hakim partiyadan olan deputat, sözügedən komissiyanın sədri Vladimir Vardanyanla müxalif “Hayastan” fraksiyasının olan deputat Mher Saakyan arasında münaqişə yaranıb. Nəticədə Saakyan Vardanyanı vuraraq qaçıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Deputat   Ermənistan  





Xəbər lenti