Sabah Azərbaycanda hava yağmurlu olacaq
Havanın temperaturu gecə 9-13° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-9° isti olacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


