Ordumuzun məhv etdiyi 23 yaşlı leytenant - FOTOLAR

   Ordumuzun məhv etdiyi 23 yaşlı leytenant    - FOTOLAR
  12 Aprel 2023    Oxunub:1372
Ermənistan mediası dünən sərhəd təxribatı nəticəsində məhv edilmiş daha bir hərbçinin fotolarını yayıb.
AzVision.az xəbər verir ki, Artur Saakyan adlı hərbçi Gümrüdən olub. Dığ yaşayış məntəqəsi istiqamətində törətdiyi təxribat nəticəsində məhv edilmiş 23 yaşlı Artur Sünik bölgəsində xidmətə yeni başlayıbmış və leytenant rütbəsi daşıyıb.

Ordumuzun məhv etdiyi təxribatçı Mkrtıç - FOTO
Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.

Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Təxribat  





Xəbər lenti