Füzuli şəhərinin əhalisi 50 000 nəfərə çatacaq

Füzuli şəhərinin əhalisi 50 000 nəfərə çatacaq
  12 Aprel 2023    Oxunub:1781
Füzuli şəhərinin inzibati ərazisinin 1 943 hektara, əhalisinin 50 000 nəfərə çatacağı nəzərdə tutulur.
Bu barədə işğaldan azad olunmuş Füzuli şəhərinin müfəssəl həllərlə inteqrə edilmiş Baş Planında qeyd edilib.

Baş Planda qeyd edilib ki, rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binalarının, həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin layihələndirilməsi, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonaların yaradılması təklif edilir.

AzVision.az



Teqlər:



Xəbər lenti