Nazirdən Ermənistana xəbərdarlıq: "Cavabımız çox ağır olacaq"
Ceyhun Bayramov qeyd edib ki, Ermənistanın təxribatları davam edərsə cavabımız onlar üçün çox ağır olacaq. Belə ki, sülh prosesinin alternativsiz olduğu Azərbaycan tərəfindən irəli sürülüb.
O, qonağı Qarabağdakı ermənilərin reinteqrasiya prosesi barədə məlumatlandırdığını bildirib: "Danışıqlar bundan sonra da olacaq. Azərbaycan tərəfi görüşlərin Bakıda keçirilməsini təklif edib. Ancaq Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi bizim üçün qəbuledilməzdir. Eyni zamanda mina təhlükəsinin davam etməsi, Ermənistanın mina xəritələrini hələ də təqdim etməməsi mövzusu da gündəlikdə oldu".
AzVision.az
Teqlər: