Füzuli şəhərində də “ağıllı şəhər” yanaşması olacaq
Baş plan çərçivəsində həyata keçiriləcək:
- Şəhərə bütün istiqamətlərdən giriş-çıxışı təmin edən nəqliyyat şəbəkəsi qurulacaq;
- Ərazi 3 dairəvi avtomobil yolu vasitəsilə yığcam formada planlaşdırılacaq;
- İctimai nəqliyyatın hərəkətinə üstünlük verilməsi üçün uyğun küçə-yol şəbəkəsi formalaşdırılacaq;
- Təbii çayların, su hövzələrinin mühafizə zonalarında geniş rekreasiya əraziləri təmin ediləcək;
- Şəhərin tarixi irsinin tərənnüm etdirilməsi məqsədilə şəhər ərazisində Qələbə parkı, M.Füzuli Meydanı, Memorial parkın yaradılması nəzərdə tutulur və yaşıl zolaqlar vasitəsilə bu ərazilər bir-biri ilə əlaqələndiriləcək;
- Məşğulluq əraziləri şəhərin şərq tərəfində, hava limanının mühafizə zonasının daxilində yerləşdiriləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


