Aİ İrəvan və Bakıya çağırış etdi

   Aİ İrəvan və Bakıya çağırış etdi
  12 Aprel 2023    Oxunub:1302
Bakı və İrəvan sərhədin delimitasiyası ilə bağlı danışıqları aktivləşdirməlidir, Avropa İttifaqı prosesi dəstəkləməyə hazırdır.
AzVision.az xəbər verir ki, bu barədə Aİ Xarici İşlər Xidmətinin çərşənbə günü Brüsseldə Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı yaydığı bəyanatda deyilir.

“Əvvəlki öhdəliklərə, o cümlədən 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı 2022-ci ilin oktyabrında Praqada götürülmüş öhdəliklərə hörmət edilməlidir.

Aİ həmçinin sərhədlərin delimitasiyası üzrə danışıqların intensivləşdirilməsinə çağırır və bu prosesi dəstəkləməyə hazırdır", - bəyanatda bildirilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti