Alla Puqaçova Ukrayna ordusunu maliyyələşdirir?

 Alla Puqaçova  Ukrayna ordusunu maliyyələşdirir?
  12 Aprel 2023    Oxunub:1233
Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin sovet və rus müğənnisi Alla Puqaçovanın Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməsini yoxlamaq xahişi ilə Baş Prokurorluğa müraciət edib.
Bu barədə baş prokuror İqor Krasnova ünvanlanmış müraciətdə deyilir.

“Sizdən xahiş edirəm, Alla Borisovna Puqaçeva Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı ilə bağlı yoxlanılsın”, - sənəddə deyilir.

Borodin müraciətində qeyd edib ki, hazırda İsraildə yaşayan Puqaçova Ukraynadakı xüsusi hərbi əməliyyatı tənqid etməkdə davam edir.

Həmçinin, onun sözlərinə görə, o, Rusiyanı tərk edən mədəniyyət və incəsənət xadimlərini dəstəkləyir, xüsusi hərbi əməliyyatı fəal şəkildə tənqid edir və Ukraynaya maliyyə yardımı göstərir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti