ABŞ Ermənistan şirkətlərini "qara siyahı"ya salıb

   ABŞ Ermənistan şirkətlərini "qara siyahı"ya salıb
  12 Aprel 2023    Oxunub:1301
ABŞ Ticarət Nazirliyi Rusiya, Ermənistan, İspaniya, Çin, Malta, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Sinqapur, Suriya, Türkiyə və Özbəkistandan olan 28 təşkilata ixrac məhdudiyyəti tətbiq edib.
AzVision.az xəbər verir ki, bu barədə Federal Reyestrdə - ABŞ hökumətinin rəsmi sənədlər toplusunda yerləşdirilən bildirişdə qeyd edilib.

ABŞ administrasiyası hesab edir ki, bu təşkilatlar guya “ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına qarşı yönəlmiş fəaliyyətlərdə” iştirak edirlər.

Tətbiq edilən məhdudiyyətlər nəticəsində tədarükçülər xüsusi lisenziya almadan Amerika mallarını ABŞ Ticarət Departamentinin sanksiyalarına məruz qalan hüquqi şəxslərə göndərə bilməyəcəklər. Eyni zamanda, lisenziya ərizələrinə baxılarkən “imtina prezumpsiyası” tətbiq olunacaq, yəni çox güman ki, belə müraciətlər rədd ediləcək.

AzVision.az




Teqlər:





Xəbər lenti