"Stressli olsa da "Twitter" əyləncəlidir" - Mask
Twitter"də işlərinin yaxşı getdiyini qeyd edən Mask mübisəli paylaşımları ilə bağlı "tvitlərimlə öz ayağıma vurdummu? Bəli. Saat 03:00-dan sonra tvit yazmamalıyam" deyə vurğulayıb.
Mask reklamçıların çoxu geri qayıtdığı üçün şirkətin hazırda təxminən əvvəlki zirvəsində olduğunu qeyd edib. O həmçinin bildirib ki, şirkəti alarkən olan 8 minlik işçi sayı 1500-ə qədər azaldılıb. "Hər kəs işdən çıxarılmayıb. Eyni zamanda bu qədər şəxslə üzbəüz söhbət də mümkün deyildi".
İlon Mask "Twitter"də bəzi axsaqlıqların olduğunu etiraf etsə də, fasilələrin uzun sürmədiyini və saytın hazırda yaxşı işlədiyini bildirib. Şirkəti təhvil aldıqdan sonra "Twitter"də daha az dezinformasiya olduğunu qeyd edən Mask, bot hesablarının silinməsi səylərinin saxta xəbərləri azaldacağını iddia edib.
Jurnalistlərin həqiqətin ədalətli hakimi olub-olmadıqlarını dəfələrlə şübhə altına aldıqlarını qeyd edən Mask, “adi insanlara” daha çox etibar etdiyini vurğulayıb.
Mask həmçinin əlavə edib ki, "Twitter"də əvvəllər təsdiqlənmiş mavi işarələr gələn həftənin sonuna kimi hesablardan silinəcək.
AzVision.az
Teqlər: