Meksikanın ali təhsil ocağında Azərbaycandan danışılıb - FOTOLAR

Meksikanın ali təhsil ocağında Azərbaycandan danışılıb -    FOTOLAR
  12 Aprel 2023    Oxunub:2000
Meksikanın nüfuzlu ali təhsil müəssisəsi olan Qərb Texnologiya və Ali Tədqiqatlar İnstitutunun (İTESO – Instituto Tecnológico y de Estudios Superiores de Occidente) tələbələrinə Azərbaycan haqqında geniş təqdimat keçirilib.

Ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov və bu ölkənin Azərbaycandakı səfiri xanım Maria Viktoria Romeronun iştirakı ilə keçirilən təqdimatda səfir Məmməd Talıbov ölkəmizin müstəqillik ənənələri, Azərbaycanın tarixi, dövlət müstəqilliyinin bərpa edilməsi və ilk illərdə qarşıya çıxan çətinliklər, bu il anadan olmasının 100 illiyi qeyd olunan Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti, onun Azərbaycan dövlətinin qurulmasında müstəsna rolu, həmçinin Ulu Öndərin uzaqgörən siyasi baxışı və ideyaları əsasında regionda həyata keçirilmiş dünya miqyaslı enerji və nəqliyyat layihələri nəticəsində həm region, həm də bütün Avrasiya miqyasında geosiyasi proseslərdə baş verən müsbət dəyişikliklərdən bəhs edib.


Diplomat həmçinin erməni təcavüzünün tarixi, 44 günlük müharibə və nəticələri, regiondakı yeni reallıqlar, davam edən sülh prosesi, ölkəmizin neft-qaz strategiyası, iqtisadi inkişaf göstəriciləri, mədəniyyəti və multikulturalizm ənənələri haqda məlumat verilib.


Konfransda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən görülən işlər, Meksika şirkətlərinin bərpa işlərində iştirakı imkanları, eləcə də ölkəmizin xarici siyasət prioritetləri, nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyəti barədə məlumat verib.


Bundan əlavə Meksika ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələr, son dövrlərdə həyata keçirilən qarşılıqlı səfərlər, ölkələrimiz arasında mədəniyyət, turizm, iqtisadi-ticari, təhsil, elm və digər sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də xarici tələbələr üçün ölkəmizdə mövcud olan təhsil imkanları, təcrübə və təqaüd proqramları barədə məlumat verilib.






Teqlər: Meksika  





Xəbər lenti