Makron: "Fransa ABŞ-ın "vassalı" deyil"

      Makron:    "Fransa ABŞ-ın "vassalı" deyil"
  12 Aprel 2023    Oxunub:1317
Fransa Tayvan məsələsində ABŞ-ın "vassalı" deyil, tərəfdaşıdır.
AzVision.az AFP-yə istinadən xəbər verir ki, bunu Amsterdamda keçirilən mətbuat konfransında Fransa prezidenti Emmanuel Makron deyib.

Makron bir daha Tayvanla bağlı mübahisəli bəyanatlarından geri çəkilməyib və vurğulayıb ki, ABŞ ilə müttəfiqlik Parisin onların “vassalı” olması demək deyil.

"Bu o demək deyil ki, bizim artıq özümüz haqqında düşünməyə haqqımız yoxdur. Fransa Tayvanda mövcud status-kvonu, vahid Çin siyasətini və problemin sülh yolu ilə həlli axtarışlarını dəstəkləyir”, - Fransa prezidenti vurğulayıb.

Xatırladaq ki, bu yaxınlarda Makron Avropanın Tayvanla bağlı münaqişəyə cəlb edilməməsi üçün ABŞ-dan asılılığını azaltmalı olduğunu deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti