Epidemiya adlandırılan "Parkinson": Ölənlərin sayı 100 faiz artıb
![Epidemiya adlandırılan "Parkinson": Ölənlərin sayı 100 faiz artıb Epidemiya adlandırılan "Parkinson": Ölənlərin sayı 100 faiz artıb](https://azvision.az/photos/2023/04/Screenshot_20230412_234056_Chrome-1681328469.jpg)
İnsanlar arasında "qocalıq xəstəliyi" olaraq bilinən və dövrün ən çox görülən degenerativ beyin xəstəliklərindən biri olan Parkinson 2040-cı ildə 12 milyondan çox insanın həyatını təsir edə bilər.
Xəstəlik ilk dəfə 1817-ci ildə London həkimi Ceyms Parkinson tərəfindən təsvir edilib. "Parkinson" xəstəliyinin beyin hüceyrələrinin bir-biri ilə əlaqə saxlamasını təmin edən dopamin adlı maddəni istehsal edən beyin hüceyrələrinin korlanması nəticəsində meydana gəldiyi bildirilir. Ən çox görülən simptomları "əzələ sərtliyi, hərəkətdə çətinlik və titrəmə"dir. Xəstəliyi tam sağaldan heç bir müalicə üsulu yoxdur.
Parkinson Fondunun məlumatlarına görə, dünyada "Parkinson" xəstəliyi ilə mübarizə aparan insanların sayı artıq 10 milyonu keçib.
Məlumatlar göstərir ki, kişilərdə xəstəliyin tezliyi qadınlara nisbətən 1,5 dəfə çoxdur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, "Parkinson" xəstəliyindən əlillik və ölüm riski digər nevroloji xəstəliklərlə müqayisədə daha sürətli artır.
Məlumdur ki, xəstəlikdən ölənlər 2019-cu ildə 2000-ci illə müqayisədə 100 faiz artaraq 329 min nəfərə çatıb.
AzVision.az
Teqlər: