Monqolustan və Çindən gələn toz fırtınası Tokioya çatıb

   Monqolustan və Çindən gələn toz fırtınası Tokioya çatıb
  13 Aprel 2023    Oxunub:1494
Monqolustan və Çindən gələn toz fırtınası Tokioya çatıb.
Bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb. Qeyd olunub ki, bu təbiət hadisəsi 2021-ci ilin may ayından bəri ilk dəfə Tokioda müşahidə olunur. Yaponiyanın bir sıra prefekturalarında yaşayan sakinlərə yollarda diqqətli olmaqla bağlı xəbərdarlıq edilib.

Bundan başqa, əhaliyə paltarları eyvanlarda qurutmamaq, uşaqların küçədə oynamasına icazə verməmək, maska taxmaq tövsiyə olunub. Meteoroloqlar yaxın günlərdə toz buludunun demək olar ki, bütün Yaponiya ərazisini əhatə edə biləcəyini proqnozlaşdırırlar.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti