Zəngəzur mis-molibden zavodunda müəmmalı silahlı qətl

Zəngəzur mis-molibden zavodunda müəmmalı silahlı qətl
  13 Aprel 2023    Oxunub:1430
Ermənistanın Qafan şəhərində qətl törədilib. AzVision.az xəbər verir ki, gecə Zəngəzur mis-molibden zavodunun obyektlərindən birinin yaxınlığında müəssisənin əməkdaşının meyiti aşkarlanıb.
Öldürülən şəxs 57 yaşlı Sünik sakini Ayrapet Meliksetyan olub. İlkin məlumata görə, qətl məişət zəminində baş verib.

Ermənistanda penitensiar xidmətin işçisi güllə yarasından ölüb
Sputnik Armeniya yazır ki, məhkəmə-tibbi ekspertizası zamanı mərhumun bədənində baş və qarın nahiyəsində 6 güllə yarası aşkar edilib. Qətl faktı ilə bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, Ermənistanda son günlər silahdan ölüm hallar artıb. Dünən Ədliyyə Nazirliyinin işçisinin də güllələnmiş meyiti aşkarlanmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti