Azaraq Ermənistana keçən ikinci əsgərimiz də tapıldı

   Azaraq Ermənistana keçən ikinci əsgərimiz də tapıldı
  13 Aprel 2023    Oxunub:1855
Naxçıvanda əlverişsiz hava şəraiti ilə əlaqədar azaraq sərhədi keçən ikinci Azərbaycan əsgəri Ermənistan ərazisində tapılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Aprelin 13-də Ermənistan ərazisində ikinci Azərbaycan hərbçisi aşkar edilərək saxlanılıb”, - Ermənistan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.

İtkin düşən hərbçilərimizin 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu olduğu bildirilir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti