İrəvan gömrüyündə Türkiyə vətəndaşının meyiti aşkarlandı

   İrəvan gömrüyündə Türkiyə vətəndaşının meyiti aşkarlandı
  13 Aprel 2023    Oxunub:999
Ermənistanda Türkiyə vətəndaşı ölüb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, hadisə İrəvanın “Apaven” gömrüyündə olub. Türkiyədən olan 60 yaşlı Hasan Türkər müəmmalı şəkildə keçinib. Ermənistan polisi faktı təsdiqləyib.

"Dünən, aprelin 11-də İrəvanda faciəli hadisə baş verib. Saat 10:30 radələrində İrəvan Təcili Tibbi Yardım Stansiyasından Şenqavit polis şöbəsinə 61-ci təcili tibbi yardım briqadasının "Apaven" gömrüyündə kişi meyiti aşkarlanması barədə məlumat daxil olub. Məhkəmə-tibb ekspertinin ilkin rəyinə görə, meyitin üzərində zorakılıq izləri aşkar edilməyib", - kriminal xəbər saytı olan "Shamshiyan" yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Meyit  





Xəbər lenti