"Saakaşvili milyonlar xərcləyib ki, zəhərlənmə xəbəri yayılsın" - Vitse-spiker

   "Saakaşvili milyonlar xərcləyib ki, zəhərlənmə xəbəri yayılsın" -    Vitse-spiker
  13 Aprel 2023    Oxunub:1317
Gürcüstan parlamentinin vitse-spikeri Georgi Volski bildirib ki, eks-prezident Mixail Saakaşvili və ətrafı onun zəhərlənməsi mövzusunu aparıcı media səhifələrinə çıxarmaq üçün milyonlar xərcləyib. Bu barədə “İmedi” telekanalı məlumat yayıb.
“Milyonlar xərclənib ki, Saakaşvilinin zəhərlənməsi mövzusu bir çox aparıcı KİV-lərin səhifələrində olsun. Buna ancaq faydasız vəsait xərclənib”,- Volski bildirib.

Eyni zamanda o qeyd edib ki, Saakaşvili və ətrafı eks-prezidentin səhhəti ilə bağlı paralel ekspertiza keçirməkdən imtina edirlər. Gürcüstanın Xüsusi Penitensiar Xidmətinin tibb şöbəsinin rəhbəri Malxaz Urxmelidze bir gün əvvəl Limbaxın Almaniyadakı laboratoriyasında aparılan təkrar analizlərin Mixail Saakaşvilinin zəhərlənmədiyini bir daha təsdiqlədiyini bildirib.

Bundan əvvəl ölkənin hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının üzvü Aluda Quduşauri bildirib ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili özünə zərər vurmaqdan əl çəkməlidir.

Saakaşvilinin qardaşı David bir müddət əvvəl bildirib ki, siyasətçinin vəziyyəti ağırdır və hər an ölə bilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti