İrəvan Dığda olan erməni hərbçilərə qarşı araşdırmalar aparacaq

   İrəvan Dığda olan erməni hərbçilərə qarşı araşdırmalar aparacaq
  13 Aprel 2023    Oxunub:1214
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan Sünikin Dığ kəndi yaxınlığında törətdikləri təxribatdan danışıb.
AzVision.az xəbər verir ki, o, parlamentdə jurnalistlərə baş nazir Nikol Paşinyanın insidentlə bağlı qalmaqallı sözlərini şərh edərkən cinayət araşdırmasının başlanacağını deyib.

Paşinyan: "Ermənistan ordusunda xarici agentlər var"
"Əgər baş nazir nöqsanlara toxunarsa, o zaman itintaq aparılacaq və bunu edənlər bəlli olacaq", - Asryan bildirib. O qeyd edib ki, baş nazir dövlətin hərbi təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tapşırıqlar verib.

Xatırladaq ki, Nikol Paşinyan parlamentdə Dığ təxribatından danışarkən təhlükəsizliklə bağlı bir sıra göstərişlərin icrasının pozulduğunu bəyan edib.

Jurnalistlər göstərişlərin niyə yerinə yetirilmədiyini soruşduqda, Asryan sual sualla cavab verib: "Siz haradan bilirsiniz ki, yerinə yetirilməyib?".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti