Aİ “Vaqner” və RİA agentliyini sanksiya siyahısına daxil edib

   Aİ “Vaqner” və RİA agentliyini sanksiya siyahısına daxil edib
  13 Aprel 2023    Oxunub:1197
Avropa İttifaqı Rusiyanın “Vaqner” özəl hərbi şirkəti və RİA FAN-ı (Rusiya Beynəlxalq İnformasiya Agentliyi “Federal xəbər agentliyi”) sanksiya siyahısına daxil edib.
AzVision.az xəbər verir ki, bu barədə normativ aktlar aprelin 13-də yayılıb.

Sənəddə qeyd olunduğu kimi, Vaqner və RİA FAN “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və təhdid edən hərəkətlərin maddi dəstəyinə görə məsuliyyət daşıyırlar”.

Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan bəri Avropa İttifaqı Moskvaya qarşı 10 iqtisadi və fərdi sanksiyalar paketi tətbiq edib. Onlar 1,5 min fiziki və 207 hüquqi şəxsə şamil edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti