Fransa polisi aksiyaçıların sayını açıqlayıb - 380 min nəfər
Bugünki say aprelin 6-da keçirilən 11-ci ümummilli etiraz günü ilə müqayisədə 190 min, martın 28-də keçirilən etiraz aksiyalarının onuncu günü ilə müqayisədə isə 370 min azdır. Etirazçıların rekord sayı martın 7-də qeydə alınıb - demək olar ki, 1,3 milyon nəfər küçələrə axışmışdı.
Ümumi Əmək Həmkarlar İttifaqları Konfederasiyasının hesablamalarını görə aprelin 13-də ölkə üzrə 1,5 milyon insan etiraz aksiyası keçirib, onlardan 400 mini Parisdə olub.
Ölkənin Daxili İşlər Nazirliyinin paytaxt küçələrində nümayişçilərin sayını daha təvazökarlıqla - 42 min nəfər (aprelin 6-sı ilə müqayisədə 15 min az) hesablayıb.
AzVision.az
Teqlər: