"Uçan aftafalar" gizli silahla vurulacaq

   "Uçan aftafalar" gizli silahla vurulacaq
  14 Aprel 2023    Oxunub:1362
Pentaqonun son relizlərinin birində qeyd olunur ki, Ukraynaya yeni hərbi yardım paketinin hərbi-texniki vasitələri siyahısında modeli bəyan edilməyən “10 ədəd lazerlə idarə olunan PUA əleyhinə mobil raket sistemi” yer alıb.
ABŞ dövlətinin hərbi podratçısı olan SAIC şirkətindən “Defense One” portalına verilən ilkin məlumata əsasən, yeni HHM (hava hücumundan müdafiə) sistemləri İranın "Shahed-131/136 " və digər zərbə dronlarına, habelə Çinin DJI şirkətinin qəliz kodlaşdırmaya malik olmayan kəşfiyyat təyinatlı məhsullarına qarşı effektiv mübarizə aparmaq iqtidarındadır.

Sistemin əsas özəlliyi isə ondadır ki, o pilotsuz uçuş aparatlarını təqribən 10 km məsafədə aşkarlayaraq (sifarişçinin əsas tələblərində 2 km qeyd edilsə də), 5 km radiusda məhv edə bilir.

Adı gizli saxlanılan zenit sisteminin bir döyüş növbəsinin (sursat dəstinin) qiyməti 30000 dollardan azdır ki, bu da Ukraynanın istifadə etdiyi əksər HHM komplekslərindən dəfələrlə ucuzdur.

Hans Kloss
AzVision.az üçün


Teqlər:





Xəbər lenti