MDB Nazirlər Şurasının növbəti iclası Bişkekdə keçiriləcək

   MDB Nazirlər Şurasının növbəti iclası Bişkekdə keçiriləcək
  14 Aprel 2023    Oxunub:918
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası oktyabrın 12-də Bişkekdə keçiriləcək.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Birliyin baş katibi Sergey Lebedev məlumat verib.

"Aprelin 14-də Səmərqənddə MDB Nazirlər Şurasının növbəti iclası keçirilib. Dar tərkibdə növbəti iclasının 2023-cü il oktyabrın 12-də Bişkekdə keçirilməsi qərara alınıb", - Lebedev Nazirlər Şurasının geniş tərkibdə keçirilən iclasında bildirib.

Bu iclasın gündəliyinə MDB məkanında qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətləri üzrə təxminən on məsələ daxildir. Xarici işlər orqanları rəhbərlərinin aktual beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti