Ermənistan sərhəd qoşunlarının komandanı Dığ təxribatına görə qovulub?

   Ermənistan sərhəd qoşunlarının komandanı Dığ təxribatına görə qovulub?
  14 Aprel 2023    Oxunub:1419
"Milli Təhlükəsizlik Xidməti (MTX) Sərhəd Qoşunlarının keçmiş komandanı Arman Maralçyan MTX-nin rəhbəri Armen Abazyanın təklifi ilə işdən çıxarılıb".
AzVision.az xəbər verir ki, bunu parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri Andranik Köçəryan deyib.

O qeyd edib ki, rəsmi araşdırmanın nəticələrindən sonra Maralçyanın işdən çıxarılmasının Dığ kəndində baş verən hadisə ilə bağlı olub-olmaması bəlli olacaq. Eyni zamanda, komissiya rəhbəri bunun MTX-də adi kadr dəyişikliyi prosesi ilə də əlaqəli olmasını da istisna etməyib.

"O, mənəvi və peşəkarlıq baxımdan yüksək səviyyəli zabitdir. Onun işdən çıxarılmasının Dığda baş verən insidentlə nə dərəcədə bağlı olduğunu daxili araşdırma göstərəcək. Ola bilsin ki, bu, müəyyən dərəcədə bağlı olsun. Həmçinin əksi də mümkündür", - Köçəryan deyib.

Qeyd edək ki, Maralçyan Dığ kəndində baş verən hadisədən dərhal sonra vəzifədən azad edilib. Onun işdən çıxarılmasının səbəbləri açıqlanmayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti