FETÖ-nün Azərbaycan üzrə cavabdeh şəxsi həbs edilib

   FETÖ-nün Azərbaycan üzrə cavabdeh şəxsi həbs edilib
  14 Aprel 2023    Oxunub:1462
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) FETÖ-nün hazırkı maliyyə strukturunda olan Mehmet Cintosunu xaricdə keçirdiyi əməliyyatla ölkəyə gətirib.
Silahlı terror təşkilatına üzv olduğu üçün haqqında həbs qərarı çıxarılan Cintosun 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan təşkilatında sözdə baş idarəçi vəzifəsində çalışıb.

Cintosun 2014-cü ildə Türkiyəyə qayıdıb və 15 iyul çevriliş cəhdindən sonra xaricə qaçıb. Təşkilat fəaliyyətini xaricdə davam etdirən Cintosunun ölkədə fəaliyyət göstərən FETÖ üzvlərinə təşkilata bağlı kuryerlər vasitəsilə maliyyə dəstəyi verdiyi müəyyən edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti