Erməni əsgər yaralanıb

   Erməni əsgər yaralanıb
  14 Aprel 2023    Oxunub:2006
Ermənistan ordusunun əsgəri güllə yarası alıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İlkin məlumatlara görə, erməni hərbçi öz xidməti silahından açılan atəşlə yaralanıb.
Qeyd olunur ki, hadisə aprelin 13-də baş verib. Əsgərin vəziyyəti stabil qiymətləndirilir. Hadisənin bütün hallarının aydınlaşdırılması üçün araşdırma aparılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Əsgər   Ermənistan  





Xəbər lenti