Paşinyana çətir atan qadına qarşı ittiham irəli sürülüb - İstintaq Komitəsi

    Paşinyana çətir atan qadına qarşı ittiham irəli sürülüb -    İstintaq Komitəsi
  14 Aprel 2023    Oxunub:1568
Ermənistanın baş naziri Nikol Paşinyana çətir atan Narine Asatryana rəsmi və ya siyasi fəaliyyətinə müdaxilə etmək məqsədilə vəzifəli şəxsə zorakılıq tətbiq etməyə cəhddə ittiham irəli sürülüb.
Bu barədə Sputnik Ermənistan-a Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat verib.

"Aprelin 10-da Vayots Dzor (Dərələyəz mahalı – red.)vilayətinin Malışka kəndində şəxsi evin həyətində 47 yaşlı qadın Ermənistan hökumətinin başçısına çətir atıb. Baş nazirin mühafizəçiləri qadını hadisə yerindən uzaqlaşdırıblar".

O, saxlanılaraq ibtidai istintaq orqanına aparılıb. Daha sonra Ermənistan Cinayət Məcəlləsinin 44-452-ci (vəzifəli şəxsin xidməti və ya siyasi fəaliyyətinə müdaxilə etmək məqsədilə ona qarşı zor tətbiq etməyə cəhd) maddəsi ilə iş başlanıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti