Sərhəddən qızardılmış yarasa keçirmək istədi

   Sərhəddən  qızardılmış yarasa  keçirmək istədi
  14 Aprel 2023    Oxunub:1863
Almaniya gömrükçüləri Belçika ilə sərhəddə bir qrup bişmiş yarasa ələ keçirib.Bu barədə HuffPost yazır. Onları soyudulmuş balıqların altına keçirməyə cəhd ediblər.
Rəsmilər yarasaları daşıyan avtomobilin sərhəddəki Axen şəhərinin kənarında saxlandığını bildirib.

Gömrükçülər yükə baxış zamanı soyudulmuş balıq qatının altında bişmiş məməlilər aşkar ediblər. Hadisə yerinə gələn əməkdaşlar yükü müsadirə ediblər.

Sürücü 31 yaşlı Kot-Divuar vətəndaşı olub. Yanında lazımi sənədləri olmadığı və ölkəyə icazəsiz daxil olduğu üçün məsuliyyətə cəlb edilib.

O, həmçinin qida gigiyenasının pozulmasına görə inzibati məsuliyyətə cəlb olunur. Bundan əlavə, yerli hakimiyyət orqanları onun yarasaların mühafizəsi ilə bağlı qanunları pozub-pozmadığını araşdırır.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti