Ermənistanın müdafiə nazirinin keçmiş müavini "əsir alverçisi" çıxdı

 Ermənistanın müdafiə nazirinin keçmiş müavini  "əsir alverçisi"  çıxdı
  14 Aprel 2023    Oxunub:4087
"Ermənistan müdafiə nazirinin keçmiş müavini Vahan Şirxanyan məni oğlumun Azərbaycan həbsxanasında olduğuna inandırdı". AzVision.az xəbər verir ki, bunu 44 günlük müharibə zamanı ölən erməni əsgər Hayk Melikyanın anası Naira Melikyan jurnalistlərə bildirib.
Melikyanın sözlərinə görə, o, bir ilə yaxın oğlunu axtarırmış, Şirxanyan onu sağ olduğuna inandırıb.

“O, oğlumun Bakı həbsxanasında olduğunu dedi”, - deyə ölən əsgərin anası bildirib. Qadın ondan oğlunun qaytarılması üçün külli miqdarda pul tələb edildiyini deyib.

"Cinayət işi və bir məhbus var. Bu, Şirxanyanın gətirib kəşfiyyatçı kimi təqdim etdiyi, guya məlumatlara malik olduğu adamdır. İndiyədək Şirxanyan üzləşməyə gəlmir", - deyə əsgərin anası bildirib.

O, keçmiş müdafiə nazirinin müavininin də məsuliyyətə cəlb olunmasını tələb edir. Lakin hüquq-mühafizə orqanları heç bir tədbir görmür.

Qeyd edək ki, bundan əvvəl 44 günlük müharibə zamanı ölən hərbçilərin yaxınları Ermənistan İstintaq Komitəsinin binası qarşısında siyasi mübarizənin başlanması ilə bağlı bəyanatla çıxış ediblər. Məqsəd hakimiyyətin istefasına nail olmaqdır.

Xatırladaq ki, 2015-ci ilin noyabrında Ermənistan Milli Təhlükəsizlik Xidməti Artur Vardanyanın başçılıq etdiyi qruplaşmanın 9 üzvünü zərərsizləşdirdiyini açıqlamışdı. Bildirilmişdi ki, bu qrup güc tətbiq etməklə ölkədə hakimiyyəti ələ keçirmək məqsədi güdür. İş çərçivəsində 2022-ci ildə Şirxanyan 6 il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan əfv edilərək azadlığa buraxılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti