Ermənilərdən növbəti barbarlıq: Azərbaycan bayrağını yandırdılar - VİDEO

      Ermənilərdən növbəti barbarlıq:    Azərbaycan bayrağını yandırdılar -    VİDEO
  14 Aprel 2023    Oxunub:1992
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı gözlənilməz hadisə baş verib.
İdman-Konsert Kompleksində keçirilən mərasimdə erməni dizayner Aram Nikolyan Azərbaycan bayrağını bayraqdarın əlindən alaraq yandırıb. İlkin məlumatlara görə, o, tədbirin təşkili ilə, xüsusən şou dizaynı baxımından məşğul olub.

Hadisədən sonra təşkilatçılar Azərbaycan bayrağını dəyişərək yerinə qaytarıblar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 15-23-də İrəvanda keçiriləcək. Yarışda 40 ölkədən 389 idmançı iştirak edəcək. Çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldırma yığması Ermənistanın paytaxtı İrəvandadır. Ölkəmiz yarışa 12 nəfərlik nümayəndə heyəti ilə yollanıb.

Çempionatda Azərbaycan 4 atletlə təmsil olunur. Kişilərin yarışında İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq), qadınların mübarizəsində Nazilə İsmayılova (49 kq) körpücük üzərinə çıxacaq.



AzVision.az



Teqlər:





Xəbər lenti