Fərman Ceyranlı azadlığa buraxılıb

   Fərman Ceyranlı azadlığa buraxılıb
  14 Aprel 2023    Oxunub:1640
Gürcüstanda həbsdə olan “Lanset” klinikasının həmtəsisçisi, cərrah Fərman Ceyranlı azadlığa buraxılıb.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Fərman Ceyranlı bu gün həbsdən azad edilib.

Qeyd edək ki, 2017-ci ilin mayında dələduzluq ittihamı ilə saxlanılmış Fərman Ceyranlı 2018-ci ildə Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, təsisçisi olduğu Lanset klinikasında qanunsuz ciyər transplantasiyası həyata keçirməkdə və pasientlərdən aldatma yolu ilə külli miqdarda pul əldə etməkdə ittiham olunub.
AzVision.az


Teqlər:



Xəbər lenti