Makron pensiya islahatlarını təsdiqlədi

   Makron pensiya islahatlarını təsdiqlədi
  15 Aprel 2023    Oxunub:1299
Fransa prezidenti Emmanuel Makron pensiya islahatı barədə qanunun layihəsini imzalayıb
AzVision.az xəbər verir ki, sənəd bu gün Fransa Respublikasının Rəsmi Qəzetində dərc olunub.

Bu, Fransanın Konstitusiya Şurasının qismən qanuni pensiya islahatına qərar verməsindən və minimum pensiya yaşını 62-dən 64-ə qaldırmaq üçün əsas maddəni təsdiqləməsindən sonra baş verib.

Qeyd edək ki, ölkəni pensiya islahatı barədə qanunun qəbuluna qarşı kütləvi etiraz dalğası bürüyüb. Dünən Fransa Konstitusiya Şurasının pensiya islahatlarının əsas müddəalarını təsdiq etməsindən sonra bir sıra şəhərlərdə etirazçılarla polis arasında yenidən toqquşmalar baş verib.

AzVision.az


Teqlər:





Xəbər lenti