Azərbaycan bayrağını yandıran erməniyə cinayət işi açıldı
![Azərbaycan bayrağını yandıran erməniyə cinayət işi açıldı Azərbaycan bayrağını yandıran erməniyə cinayət işi açıldı](https://azvision.az/photos/2023/04/Screenshot_20230415_084144_Chrome-1681533714.jpg)
“Nikolyan Malatya polis şöbəsinə gətirilib. İlkin məlumatlara görə, xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb”, - Koçubayev yazıb.
Qeyd edək ki, ötən gün Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat baş verib. İrəvanda keçirilən çempionatın açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb.
Bayraqların paradında Azərbaycan bayrağı zala gətirildikdən sonra Aram Nikolyan səhnəyə çıxaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb və zaldan çıxarıb.
AzVision.az
Teqlər: