Masallıda qadın ərini öldürüb
Hadisənin ailə münaqişəsi zəmnində törədildiyi bildirilir. Bıçaqlanan şəxsin tüfeyli həyat tərzi keçirdiyi və ailəsini incitdiyi də bildirilir. İçkili vəziyyətdə evə gələn kişi xanımını döyüb. Daha sonra kişinin bu hərəkətlərinə dözməyən qadın çıxış yolunu həyata yoldaşını bıçaqlamada görüb. Nəticədə xanımı tərəfindən bir bıçaq zərbəsi alan kişi hadisə yerindəcə ölüb.
Hadisə ilə əlaqədar olaraq Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır (ans-press).
Teqlər: