Ermənistanda bu anormal və vəhşi davranışı alqışlayanlar çox olsa da, loyal düşünən siyasətçilər, hökuməti bu insidentə görə qınayanlar da var.
Məsələn, “Vətəndaş Hüquqlarının Müdafiəçisi” təşkilatının sədri Karen Hekimyan məsələ ilə bağlı "Mamul"a verdiyi açıqlamada deyib ki, bayraq yandırılmasaydı belə mediada başlıqlar Azərbaycan bayrağının İrəvanda ucaldılmasına dair olacaqd: “Bayraq yandırılmasaydı, nə olardı? "Azərbaycan bayrağı İrəvanın mərkəzində dalğalanır” və ya “Azərbaycanın dövlət bayrağı onların tarixi torpaqlarında dalğalanır” kimi başlıqlar olardı. Belə bir perspektiv kimsəni qane edə bilərmi? Halbuki tədbiri elə təşkil etmək mümkün idi ki, nə bayraqlar, nə də bayraq yandıran olardı. Necə? Qoy ölk rəhbərliyi bu barədə düşünsün. Təbii ki, əgər onların düşünmək qabiliyyəti varsa",- erməni hüquqşünas qeyd edib.
Tural Tağıyev
AzVision.az