Paşinyan bayraq yandıranın cəzalandırılmasını tapşırıb?

   Paşinyan bayraq yandıranın cəzalandırılmasını tapşırıb?
  15 Aprel 2023    Oxunub:1674
Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya Azərbaycan bayrağını yandırdığına görə stilistik studiyanın rəhbəri Aram Nikolyanın işdən çıxarılması barədə göstəriş verib.
AzVision.az xəbər verir ki, bu barədə Aysor.am öz mənbələrinə istinadən məlumat yayıb.

Samsonyan bayraq yandırana səsləndi: "Nikolyan, sən qəhrəman deyilsən!"
Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandallığı yaşanıb. Aram Nikolyan adlı İctimai televiziyanın əməkdaşı bayraqdarın əlindən Azərbaycan bayrağını alaraq yandırıb. Bu da azmış kimi polis bölməsinə aparılan Nikolyan heç nə olmamış kimi sərbəst buraxılıb

Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar və bu imtinaya səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.

AzVision.az



Teqlər:   Ermənistan   Bayraq  





Xəbər lenti