Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 4 dəfə artıb

 Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 4 dəfə artıb
  15 Aprel 2023    Oxunub:1605
2023-cü ilin yanvar-mart aylarında "Azərenerji" ASC 2 milyard 406 milyon kVt/saat elektrik enerjisi ixrac edib.
AzVision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə enerjinin dəyəri 281,07 milyon ABŞ dolları təşkil edib.

Bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 4,1 dəfə və 8,5 dəfə çoxdur.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 3,63 %, qeyri-neft sektoru üzrə ixracında isə 30,81 % paya malik olub.

AzVision.az



Teqlər: Enerji   İxracat  



Xəbər lenti