Hindistanda 20 nəfər saxta içkidən zəhərlənərək ölüb

Hindistanda 20 nəfər saxta içkidən zəhərlənərək ölüb
  15 Aprel 2023    Oxunub:1253
Ötən gün Hindistanın Bihar əyalətində saxta alkoqollu içkidən istifadə səbəbindən azı 20 nəfər ölüb, daha altı nəfər ağır vəziyyətdə xəstəxanaya aparılıb.
AzVision.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Ölənlərin sayının artacağı gözlənilir.

Qeyd edilir ki, saxta spirtli içki Motihari şəhərinə çatdırılıb. İçki satıcılar arasında bölüşdürülüb.

Xatırladaq ki, Bihar rəsmi olaraq 2016-cı ilin aprel ayında "quru" ştat elan edilib - bundan sonra spirtin istehsalına, satışına və istifadəsinə tam qadağa qoyulub. Alkoqollu içkilərə qadağanının baş təşəbbüskarı ştat rəhbəri Nitiş Kumar bu qərarına görə tez-tez tənqid olunur.

AzVision.az



Teqlər: Hindistan   Alkoqol  





Xəbər lenti