Qəzaya uğrayan helikopterin beş ekipaj üzvünün cəsədi tapılıb
Məlumata görə, axtarış qrupu qəzaya uğrayan helikopterin qalıqlarını da tapıb.
Qəza zamanı təyyarədə 2 pilot və Kumamoto prefekturasında yerləşən Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin 8-ci diviziyasının komandiri də daxil olmaqla 10 nəfər olub. Helikopter patrul üçün Miyako adasından havaya qalxıb. Uçuşun müddəti təxminən bir saat olmalı idi. Göstərilən ərazidə hava şəraiti normal olub.
AzVision.az
Teqlər: