"Ermənilər bayrağınızı yandırmaqla necə insan olduqlarını göstərdilər" - Cansu Bektaş
49 kq-da qitə çempionu olan ağırlıqqaldıran bildirib ki, qızıl medalı Azərbaycan idmançılarına həsr etmək şəxsi qərarı olub: "Yarışdan bir gün öncə yığmanızdan dostum, eyni zamanda rəqibim olan Nazilə İsmayılovaya və məşqçisinə söz verdim ki, himnimizi səsləndirəcəyəm. Sözümə əməl etdim".
O, Azərbaycan xalqını çox sevdiyini söyləyib: "İdmançılarınız Avropa çempionatını tərk etməsəydilər, arzum o idi ki, ilk 3 yeri türk və azərbaycanlı atletlər tutsunlar. Nazilənin medal qazanmasını çox istəyirdim. Məncə, qalıb yarışsaydı, bacara bilərdi".
Bektaş Azərbaycan yığmasının yarışdan imtina qərarına şərh vermək istəmədiyini əlavə edib.
AzVision.az
Teqlər: