Sudanda döyüşlərdə 5 mülki şəxs həlak olub
![Sudanda döyüşlərdə 5 mülki şəxs həlak olub Sudanda döyüşlərdə 5 mülki şəxs həlak olub](https://azvision.az/photos/2023/04/58240709_0_167_1600_1067_1920x0_80_0_0_b416a06c965284967316d18fb6fb6c37-1681660070.jpg)
Aprelin 15-də Sudanda Çevik Reaksiya Qüvvələri ilə nizami ordu qoşunları arasında döyüşlər başlayıb.
Sudan Çevik Reaksiya Qüvvələri Xartumdakı Respublika Sarayını (prezident sarayı), paytaxtın beynəlxalq hava limanını və ölkənin şimalındakı Meroe şəhərindəki hava bazasını nəzarətə götürdüyünü bildirib.
ÇRQ nizami ordunu paytaxtdakı bazasına bütün növ silahlardan istifadə etməklə hücum etməkdə ittiham edib.
Öz növbəsində Sudan ordusu iddiaların doğru olmadığını, prezident sarayı da daxil olmaqla bütün strateji obyektlərin silahlı qüvvələr tərəfindən idarə olunduğunu bildirib.
Hərbçilər həmçinin qeyd ediblər ki, ÇRQ qüvvələri ilk olaraq onlara hücum edib. Sudan ordusu və ümumi təhlükəsizlik xidməti ÇRQ -iüsyançı qüvvə adlandırıb və onları hökumət və strateji obyektlərə hücumda ittiham edib.
Sudanın Keçid Suveren Şurasının rəhbəri və ölkənin Silahlı Qüvvələrinin baş komandanı Əbdülfəttah Burhan ÇRQ-ni ləğvi haqqında fərman verib.
Hazırda Sudanın bir sıra digər əyalətlərində də ordu ilə ÇRQ arasında toqquşmalar və ayrı-ayrı atışmalar gedir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: