Putin Çinin müdafiə naziri ilə görüşüb

   Putin Çinin müdafiə naziri ilə görüşüb
  16 Aprel 2023    Oxunub:1268
Rusiya prezidenti Vladimir Putin Çinin müdafiə naziri Li Şanfu ilə görüşüb.
Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib. Kremlin rəsmi nümayəndəsi qeyd edib ki, işçi görüşlə bağlı məlumat daha sonra veriləcək.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Çin müdafiə naziri Rusiya müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə aprelin 16-dan 19-dək Rusiyaya rəsmi səfərə gələcək. Bu, onun 2023-cü ilin martında Çin ordusunun başçısı təyin olunduqdan sonra ilk xaricə səfəri olacaq.

Daha sonra məlum olub ki, idarə rəhbərləri müdafiə sahəsində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini, qlobal və regional təhlükəsizliyin aktual məsələlərini müzakirə edəcəklər.

Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Dmitri Novikov bildirib ki, görüş zamanı Sergey Şoyqu və Li Şanfu xarici hərbi bazaları da müzakirə edəcəklər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti