Berluskonidən xəbər var

   Berluskonidən xəbər var
  16 Aprel 2023    Oxunub:1261
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin vəziyyəti yaxşılaşıb, o, reanimasiyadan adi palataya köçürülüb.
Bu barədə Corriere della Sera məlumat yayıb. Siyasətçinin kiçik qardaşı Paolo İtaliyanın keçmiş baş nazirinin artıq reanimasiyada olmadığını təsdiqləyib.

Berluskoni aprelin 5-də Milanın San Raffaele klinikasının kardiologiya reanimasiya şöbəsinə yerləşdirilib. Əvvəlcə siyasətçinin pnevmoniyaya tutulduğu güman edilsə də, sonradan həkimlər ona qan xərçəngi diaqnozu qoyublar.

Həkimi siyasətçinin orqanizminin terapiyaya yaxşı reaksiya verdiyini deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti