Sudanda toqquşmalarda ölənlərin sayı 100-ə çatıb - VİDEO

Sudanda toqquşmalarda ölənlərin sayı 100-ə çatıb    - VİDEO
  17 Aprel 2023    Oxunub:1000
Hazırda Sudanın bir sıra əyalətlərində ordu ilə Çevik Reaksiya Qüvvələri (RRF) arasında silahlı toqquşmalar baş verir.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. "Reuters" həkimlərin həmkarlar ittifaqına istinadən xəbər yayıb ki, ölənlərin sayı yüzə çatıb. Sudandakı müxalif qüvvələr hərbi uğurlar və müəyyən strateji obyektlərə nəzarət etmələri barədə ziddiyyətli bəyanatlar verirlər. Mediada və sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsi aparılır.

"Ölkədə vəziyyət hər ötən saat daha da gərginləşir. Lakin humanitar dəhlizlərin açılmasına razılıq verilsə də, tərəflərdən heç biri danışıqlara və hərbi əməliyyatların dayandırılmasına hazır olduqlarını nümayiş etdirmirlər", - saytlar yazıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edib ki, bəzi xəstəxanalarda yaralıların müalicəsi üçün kritik ehtiyatlar tükənib. Qan, avadanlıq və dərmanlarda ciddi problemlər yaşanır.


Tural Tağıyev
AzVision.az



Teqlər: Sudan  





Xəbər lenti