Putin Şoyquya tapşırıq verdi: "İşinizi davam etdirin"

      Putin Şoyquya tapşırıq verdi:    "İşinizi davam etdirin"
  17 Aprel 2023    Oxunub:1178
"Donanmanın, o cümlədən Sakit okeanın inkişafı tapşırığı ləğv edilməyib". AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bildirib.
“Aydındır ki, bu gün Silahlı Qüvvələrin istifadəsi ilə bağlı aydın prioritetlərimiz var və bu, hər şeydən əvvəl Ukrayna istiqamətinə və Donbassda, digər yeni ərazilərdə xalqımızın müdafiəsi ilə bağlı hər şeyə aiddir.

Ancaq heç kim donanmanın, o cümlədən Sakit okeanın inkişafı tapşırıqlarını ləğv etməyib. Və buna görə də sizdən bu işi davam etdirməyinizi, digər donanmalarda da oxşar tədbirlərin hazırlanmasına və inkişafına diqqət yetirməyinizi xahiş edirəm”, - Putin bildirib.

Yoxlamaya uzaqmənzilli aviasiya, Şərq Hərbi Dairəsinin aviasiyası, bölmələr və yardımçı bölmələr cəlb olunub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti